Ərdoğan: “Liviyanın qanuni hökumətinin yanındayıq”
26 dekabr 2019 14:31 (UTC +04:00)

Ərdoğan: “Liviyanın qanuni hökumətinin yanındayıq”

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviyaya hərbi qüvvələrin göndərilməsinə münasibət bildirib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, o bildirib ki, Türkiyə müxtəlif Avropa və ərəb ölkələrinin dəstəklədiyi general Xəlifə Xaftara qarşı mübarizə aparan Liviyanın qanuni hökumətinə hər cür dəstək verəcək.

“Onlar müharibə baronuna yardım edirlər, biz isə Liviyanın qanuni hökumətinin yanındayıq. Fərqimiz budur. Dəvət olunduğumuz yerə gedərik, dəvət olunmadığımız yerə isə getmərik. Məclis (Türkiyə Böyük Millət Məclisi) açılar-açılmaz Liviyaya hərbi qüvvələrin göndərilməsini dəstəkləyən sənədi təqdim edəcəyik. İnşallah yanvar ayının 8-9-da Məclisdə bunu təsdiqlədib, dəvətə razılıq verəcəyik”, - deyə Ərdoğan vurğulayıb.

Türkiyə Prezidenti qeyd edib ki, Suriyada 8200 kvadrat kilometr ərazi terrorçulardan təmizlənib.

# 1414
avatar

Oxşar yazılar

“Mercedes” qalmaqaldan qurtuldu

“Mercedes” qalmaqaldan qurtuldu

28 aprel 2024 , 17:10
Stallone memuar yazır

Stallone memuar yazır

28 aprel 2024 , 16:10
Türkiyədə İŞİD-ə qarşı əməliyyat-Saxlanılanlar var

Türkiyədə İŞİD-ə qarşı əməliyyat-Saxlanılanlar var

28 aprel 2024 , 14:16
Yenə Quran yandırıldı

Yenə Quran yandırıldı

28 aprel 2024 , 13:24
TikTok Baydeni uduzdura bilər

TikTok Baydeni uduzdura bilər

28 aprel 2024 , 10:03
Bu ölkədə qumardan asılılığa qarşı mübarizə aparılır

Bu ölkədə qumardan asılılığa qarşı mübarizə aparılır

28 aprel 2024 , 09:26
Rusiyada zəlzələ  baş verdi

Rusiyada zəlzələ baş verdi

28 aprel 2024 , 08:22
Polis 100-dən çox fəalı SAXLADI

Polis 100-dən çox fəalı SAXLADI

28 aprel 2024 , 05:20